Bu yollarda tıxac var - SİYAHI

   Bu yollarda tıxac var -    SİYAHI
  19 May 2022    Oxunub:986
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında son vəziyyəti açıqlayıb.
Mərkəzdən AzVision.az -a verilən məlumata görə, hazırda aşağıdakı küçə və prospektlərdə sıxlıq müşahidə olunur:

1. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində;

3. 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində;

4. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində;

5. Azadlıq prospektində, Sahib Zeynalov küçəsi ilə kəsişməsindən, Salatın Əsgərova küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Neftçilər prospekti istiqamətində;

6. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində.

AzVision.az



Teqlər: Tıxac  





Xəbər lenti