Şimali Koreya həyəcan təbili çalır: Xəstə sayı 2 milyona yaxınlaşır

      Şimali Koreya həyəcan təbili çalır:    Xəstə sayı 2 milyona yaxınlaşır
  19 May 2022    Oxunub:1020
Şimali Koreyada yüksək hərarət əlamətləri ilə özünü göstərən COVID-19 şübhəli halların sayı 262 min 270 artaraq 1 milyon 978 min 230-a yüksəlib.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, şübhəli hallardan ölənlərin sayı 63-ə çatıb.

Şimali Koreya lideri Kim Çen Inın dövlətin COVID-19 pandemiyası ilə mübarizə apara bilməməsini tənqid etməsindən sonra səhiyyə orqanları hərəkətə keçib. Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin dərman və tibbi ləvazimatların, o cümlədən dezinfeksiyaedici maddələrin və termometrlərin istehsalını artırdığını açıqlayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti