Şuşa xəstəxanasında hansı xidmətlərdən yararlanmaq olar? - FOTOLAR

   Şuşa xəstəxanasında hansı xidmətlərdən yararlanmaq olar? -  FOTOLAR
  19 May 2022    Oxunub:1553
Şuşa Modul Tipli Xəstəxanasında TƏBİB-in Nərimanov Tibb Mərkəzinin işçi heyəti xidmət göstərir.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, xəstəxanada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya şöbələri mövcuddur.

Tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir.

Hazırda Şuşa Modul Tipli Xəstəxana 6 palatadan ibarətdir və 9 çarpayı yeri mövcuddur. Mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunan xəstəxana həm ambulator, həm də stasionar tibbi xidmət göstərir.
Əməliyyat və intensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur.

Vətəndaşlar burada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində tibb xidmətlərdən yararlana bilirlər.











AzVision.az



Teqlər:





Xəbər lenti