Rusiya XİN Latviya səfirinə etiraz etdi

   Rusiya XİN Latviya səfirinə etiraz etdi
  19 May 2022    Oxunub:817
Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı səfirinə ölkə Seyminin Sovet memorial irsi ilə bağlı qərarı ilə bağlı etiraz edib.
AzVision.az xəbər verir ki, Latviyanın paytaxtı Riqada “Sovet Ordusunun döyüşçülərinə - Sovet Latviyasını və Riqanı nasist işğalçılarından azad edənlər” (və ya qeyri-rəsmi adla “Qələbə abidəsi”) abidəsinin sökülməsinə icazə verilib. Bu barədə ölkə parlamenti qərar qəbul edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, beynəlxalq hüquqa uyğun olaraq, Rusiya tərəfi Latviyanın bu qanunsuz hərəkətinə cavab olaraq əks tədbirlər görmək hüququnu özündə saxlayır.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Latviya   Rusiya  





Xəbər lenti