Lavrov iranlı həmkarı ilə regionu müzakirə etdi

   Lavrov iranlı həmkarı ilə regionu müzakirə etdi
  19 May 2022    Oxunub:1191
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan telefonla İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tam icrasının bərpası perspektivlərini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlər bir sıra aktual regional və beynəlxalq məsələləri, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   İran  





Xəbər lenti