Avropa Parlamenti keçmiş kansleri bağışlamadı

   Avropa Parlamenti keçmiş kansleri bağışlamadı
  19 May 2022    Oxunub:706
Avropa Parlamenti Avropa İttifaqını Almaniyanın keçmiş kansleri Gerhard Şröderə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
AzVision.az xəbər verir ki, Avropa Parlamentinin deputatlarının böyük əksəriyyəti Aİ-nin Şröderə qarşı sanksiyalarının tətbiqini dəstəkləyib. Buna səbəb onun Rusiya ilə sıx əlaqələridir. Bundan başqa Gerhard Şröder Bundestaqda (parlament) ofis və əməkdaşlardan məhrum ediləcək. Qanunverici orqandakı hakim koalisiya Rusiya rəhbərliyinə yaxınlığına görə kəskin tənqid olunan siyasətçi ilə bağlı razılığa gəlib.

Rusiya Prezidenti Vladimir Putinə ən yaxın alman siyasətçi sayılan G.Şröder büdcədən ona düşən təminatın əhəmiyyətli hissəsindən məhrum olunacaq. Son zamanlarda G.Şröderin işçi heyətinin xərcləri ildə təxminən 400 min avro təşkil edirdi.

“Handelsblatt” biznes nəşrinə görə, 2021-ci ildə G.Şröderin ofisində beş işçi olub, ofis rəhbəri ayda təxminən 10 400 avro maaş alırdı. 2017-ci ildə eks-kanslerin işçilərinə büdcədən təxminən 561 min avro ödənilib.

AzVision.az




Teqlər: Almaniya  





Xəbər lenti