Şuşada şahmat turnirinin keçirilməsi müzakirə edilir

Şuşada şahmat turnirinin keçirilməsi müzakirə edilir
  19 May 2022    Oxunub:679
Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi işğaldan azad olunan torpaqlara səfər edib.
AzVision.az xəbər verir ki, AŞF-nin prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov və federasiyanın I vitse-prezidenti Faiq Həsənov Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Səfərdə əsas məqsəd işğaldan azad olunan torpaqlarımızda yaxın gələcəkdə şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanışlıq olub. Mahir Məmmədov səfərlə bağlı mətbuat xidmətinə açıqlama verib:

“Təsəvvür etməzdim ki, Şuşaya səfər edəcəyik. Bu gün rahat şəkildə Şuşaya səfər etdiyimizə görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür etmək istəyirəm. Tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad etdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə şəfa versin.

Bir günlük səfər zamanı mövcud şəraitlə tanış olduq. Gənclər və İdman Nazirliyi ilə, nazir Fərid Qayıbovla mütəmadi olaraq əlaqədəyik. Nazirliklə məsləhətləşmələr davam edir. Yaxın müddətdə səfalı torpaqlarımızda şahmat üzrə turnirin keçirilməsi müzakirə edilir. Yarışın tarixi və digər məlumatlar dəqiqləşəndən sonra ictimaiyyətə məlumat veriləcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti