"Biz Türkiyə ilə müzakirə aparmağa hazırıq" - Finlandiya Prezidenti

   "Biz Türkiyə ilə müzakirə aparmağa hazırıq" -    Finlandiya Prezidenti
  19 May 2022    Oxunub:1018
"Finlandiya NATO-nun genişlənməsi kontekstində Türkiyənin narahatlığını ciddi qəbul edir və mübahisəli məsələlərin bütün spektrini müzakirə etməyə hazırdır". AzVision.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö deyib.
“Türkiyə rəhbərliyi bu yaxınlarda bizim NATO-ya üzv olmaq istəyimizlə bağlı narahatlığını ifadə edib. Mən bu haqda danışmaq istərdim... Türkiyə bizim təhlükəsizliyimizi necə təmin edərsə, biz də Türkiyənin təhlükəsizliyini eyni şəkildə təmin edəcəyik.

Biz terror probleminə ciddi yanaşır, onu bütün təzahürləri ilə qınayırıq və bu təhlükə ilə mübarizədə fəal iştirak edirik”, – Finlandiya prezidenti Vaşinqtonda İsveç və ABŞ liderləri ilə birgə çıxışı zamanı bildirib.

O, ölkəsinin narahatlıqların bütün spektrini müzakirə etməyə açıq olduğunu vurğulayıb.

"Bu müzakirələr artıq baş tutub və yaxın günlərdə də davam edəcək. Biz bütün müttəfiqlərdən güclü dəstəyi, eləcə də üzvlüyümüz təsdiqlənən kimi tezliklə ratifikasiyasını gözləyirik”, - Niiniste əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti