"NATO-nun genişlənməsi heç kəsi təhdid etmir" - Bayden

   "NATO-nun genişlənməsi heç kəsi təhdid etmir" -    Bayden
  19 May 2022    Oxunub:846
ABŞ prezidenti Co Bayden NATO-nun genişlənməsinin heç bir ölkəni təhdid etmədiyini deyib və əmin edib ki, Şimali Atlantika Alyansı müdafiə xarakteri daşıyır.
"NATO-ya yeni üzvlərin daxil olması heç bir millət üçün təhlükə deyil. Bu, heç vaxt da olmayıb. NATO-nun məqsədi təcavüzdən müdafiə olunmadır. Onun məqsədi budur - müdafiə", - o deyib.

Bayden əlavə edib ki, onların gələcəkdə alyansa qoşulması NATO-nun qapılarının açıq qaldığını nümayiş etdirir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti