ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

   ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
  19 May 2022    Oxunub:388
ABŞ Ukraynaya yeni hərbi yardım paketi vermək niyyətindədir. Bu barədə ABŞ prezidenti Co Baydenin yaydığı yazılı bəyanatda deyilir.
"Və bu gün mən Ukraynanı döyüş meydanında səmərəli istifadə edilən əlavə artilleriya, radar və digər avadanlıqlarla təmin edəcək daha bir hərbi yardım paketini elan edirəm".

Onun sözlərinə görə, bu silahlar birbaşa cəbhə xəttinə göndəriləcək. Baydenin proqnozuna görə, Amerikanın hərbi yardımının davam etdirilməsi Ukraynanın həm döyüş meydanında, həm də danışıqlar masası arxasında daha da güclənməsinə imkan verəcək.

ABŞ liderinin elan etdiyi paket Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair bir neçə saat əvvəl ABŞ Senatı tərəfindən təsdiq edilmiş qanun layihəsinə daxildir. Nümayəndələr Palatası qanun layihəsini keçən həftə qəbul edib. İndi sənəd Bayden tərəfindən imzalanmalıdır.

Şahanə Rəhimli

AzVision.az

Teqlər:







Xəbər lenti