Ukraynada 232 uşaq ölüb

Ukraynada 232 uşaq ölüb
  20 May 2022    Oxunub:1003
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 232 uşaq ölüb.

Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Ukrayna ərazisinin Rusiya tərəfindən bombardman olunması nəticəsində 1837 təhsil müəssisəsinə ziyan dəyib, 172-si tamamilə dağılıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

AzVision.az


Teqlər: Uşaq  



Xəbər lenti