Akademiyadan pozuntularla bağlı aparılan araşdırmalara Münasibət

Akademiyadan pozuntularla bağlı aparılan araşdırmalara  Münasibət
  20 May 2022    Oxunub:805
Bakı Xoreoqrafiya Akademiyası aşkar edilmiş hüquqpozmalarla əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işinin açılmasına aydınlıq gətirib.
Akademiyadan AzVision.az-ın sorğusuna cavab olarq bildirilib ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, hüquqpozmaların qarşısının alınması məqsədilə monitorinqlər, xidməti araşdırmalar aparılır.

"Mədəniyyət Nazirliyinin müvafiq komissiyası tərəfindən 2022-ci ilin yanvar ayında Bakı Xoreoqrafiya Akademiyasında aparılmış xidməti araşdırma zamanı Akademiyanın müəyyən dövrü əhatə edən fəaliyyətində pozuntu halları aşkar edilib.

Araşdırma nəticəsində toplanmış müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

Eyni zamanda qeyd edirik ki, Bakı Xoreoqrafiya Akademiyasının yeni rəhbərliyi tərəfindən sözügedən araşdırma zamanı aşkar olunmuş pozuntu hallarının, o cümlədən tədris prosesinin təşkilində olan problemlərin aradan qaldırılması, Akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların qabiliyyətlərinin və ifaçılıq bacarıqlarının inkişaf etdirilməsi, onların yaradıcılıq potensialının reallaşdırılması və artırılması üçün əlverişli şəraitin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti