Müxalifət Ermənistan prezidentinin iqamətgahına doğru yürüş keçirir
- Ora Litva prezidenti də gələcək. Biz öz siyasi və vətəndaş mövqeyimizi səsləndirəcək, hazırkı rəhbərliyin bütün dünyanı aldadan yalançı bəyanatları barədə danışacağıq, - Manukyan deyib.
Qeyd edək ki, bundan əvvəl erməni müxalifəti Litva prezidenti Gitanas Nausedaya məktubla müraciət edib. “Müqavimət” hərəkatının koordinatorları Ermənistanın baş nazirinin artıq erməni xalqının iradəsini əks etdirmədiyini iddia edərək ona hərəkat rəhbərləri ilə görüşməyi təklif ediblər.
Qeyd edək ki, artıq bir neçə həftədir ki, İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Etirazçılar vaxtaşırı küçələri, yolları bağlayır, yürüşlər təşkil edirlər.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


