“Meymun çiçəyi” apreldən Madriddə yayılmağa başlayıb

“Meymun çiçəyi” apreldən Madriddə yayılmağa başlayıb
  20 May 2022    Oxunub:1230
“Meymun çiçəyi” virusu 2022-ci ilin aprelində İspaniyanın Madrid muxtar bölgəsində yayılmağa başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb. Bölgənin ictimai səhiyyə departamentinin baş direktoru Yelena Andradas bildirib ki, aprelin sonunda bu simptomlarla bağlı bir xəstə haqqında məlumat olsa da, infeksiyalar keçən həftə aşkar edilməyə başlayıb və son günlərdə əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, nəşrin məlumatına görə, yoluxma hallarının çoxu mayın birinci yarısında baş verib.

“Meymun çiçəyi” Avstraliyaya da çatdı
İndiyə qədər İspaniyada yeddi yoluxma müəyyən edilib və səlahiyyətlilər daha 29 mümkün yoluxmanı araşdırır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, “Meymun çiçəyi” əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik yağış meşələrinin yaxınlığında baş verən nadir virus xəstəliyidir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  



Xəbər lenti