Pakistan Ukrayna münaqişəsində tərəf tutmaq istəmir

   Pakistan Ukrayna münaqişəsində tərəf tutmaq istəmir
  20 May 2022    Oxunub:607
Pakistan hər hansı münaqişənin bir hissəsi olmaq istəmir və Ukraynadakı vəziyyətin diplomatik yolla həlli üçün səylərini davam etdirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Biləval Bhutto Zərdari Nyu-Yorkda mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Pakistanın keçmiş Baş naziri İmran Xanın Rusiyaya səfərini şərh edən Bhutto Zərdari Rusiyaya səfərin həyata keçirilən xarici siyasətə uyğun baş tutduğunu vurğulayıb və əvvəlki hökumət başçısı ilə həmrəy olduğunu, Rusiya-Ukrayna münaqişəsinin başlamasından heç kimin xəbəri olmadığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Pakistan  





Xəbər lenti