Polisin yanğında zəhərlənən şəxsi xilas etməsi VİDEOSU

      Polisin yanğında zəhərlənən şəxsi xilas etməsi    VİDEOSU
  20 May 2022    Oxunub:926
Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.
AzVision.az xəbər verir ki, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.

Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:





AzVision.az



Teqlər:



Xəbər lenti