"Treysisiz Ermənistan": İrəvanda ABŞ səfiri əleyhinə aksiya keçirilib - VİDEO

      "Treysisiz Ermənistan":    İrəvanda ABŞ səfiri əleyhinə aksiya keçirilib -    VİDEO
  20 May 2022    Oxunub:1123
Bu gün Ermənistan müxalifəti İrəvanın mərkəzindəki "Marriott" otelinin qarşısına toplaşıblar. Etirazçılar Ermənistandakı vətəndaş cəmiyyəti təşkilatlarının oteldə söz və mətbuat azadlığı ilə bağlı konfrans keçirdikləri üçün bura toplaşıblar.
Şarmazanovdan ABŞ səfirinə ağır sözlər: "İkiüzlüdür"
Məqsəd müzakirələrdə iştirak edəcək Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-ın Ermənistandakı səfiri Lin Treysiyə etiraz etmək olub.

"Müxalifət iddia edir ki, ölkədə diktatura qurmaq yolunda addımlayan Paşinyan və Azərbaycana səfər etmiş səfir Ermənistanın gələcəyini müzakirə edə bilməzlər. Etirazçılar “Treysisiz Ermənistan”, “Nikolsuz Ermənistan”, “Türksüz Ermənistan” şüarlarını səsləndiriblər.

Xatırladaq ki, bu gün müxalifət nümayəndələri prezident Vaaqn Xaçaturyan və onun litvalı həmkarı Qitanas Nausedanın görüşdüyü prezident iqamətgahı yaxınlığında da oxşar aksiya keçirib.

Qeyd edək ki, son vaxtlar erməni cəmiyyəti ABŞ səfirini daha çox tənqid etməyə başlayıb. Bir neçə gün öncə səfir Lin Treysi "Armenpress"ə verdiyi müsahibə ilə də gündəmə gəlmişdi. O dolayısı yolla indiki hakimiyyətin fəaliyyətindən razı qaldıqlarını bəyan edib. Səfir qeyd edib ki, Birləşmiş Ştatlar erməni xalqının 2018-ci ildə seçdiyi və 2021-ci ildə parlament seçkilərində bir daha təsdiqlədiyi ümumi demokratik dəyərlərə və bu yola əsaslanan bir gələcək qurmağa kömək etmək öhdəliyinə sadiqdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Səfir   Ermənistan   Aksiya  





Xəbər lenti