Xarkova daha bir raket zərbəsi endirildi - Yanğın var

   Xarkova daha bir raket zərbəsi endirildi -    Yanğın var
  20 May 2022    Oxunub:871
Son 24 saat ərzində Rusiya ordusu “Smerç”, “Uraqan” və “Qrad” raket sistemlərindən Kiyevin Xarkov rayonunu, Saltovskayanı, Alekseevkanı atəşə tutub
Bunu Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequbov deyib. Onun sözlərinə görə, gecə saatlarında Dərgəçidə fərdi yaşayış evinə mərmi düşüb, Malaya Danilovka kəndində isə hücum nəticəsində qaraj və avtomobil yanıb.

"Səhər saat 5 radələrində baytarlıq akademiyasının 7 qarajı yanıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb", - rəsmi şəxs bildirib.

"Xarkov istiqamətində düşmən əsas səylərini zəbt etdiyi əraziləri saxlamağa cəmləyib. Əks-hücumlar həyata keçirməyə çalışır. Amma nəticəsiz qalıb. PUA-lardan istifadə etməklə hava kəşfiyyatı aparır", - deyə Sinequbov əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti