“Azovstal”dakı 1908 hərbçi təslim oldu

   “Azovstal”dakı 1908 hərbçi təslim oldu
  20 May 2022    Oxunub:2301
Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun mühasirəsi davam edir.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib. Onun sözlərinə görə, Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olan 1908 ukraynalı hərbçi təslim olub: "85-i qadın, 47-si uşaq olmaqla 177 nəfər xilas edilib. Hər kəsə ixtisaslı tibbi və psixoloji yardım göstərilib”.

AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti