Boris Consonun atası Fransa vətəndaşlığı aldı

   Boris Consonun atası Fransa vətəndaşlığı aldı
  20 May 2022    Oxunub:1361
Böyük Britaniyanın baş naziri Boris Consonun atası Stenli Consona Fransa vətəndaşlığı verilib.
AzVision.az xəbər verir ki, bu barədə “BFM” telekanalına Stenli Consonun özü məlumat verib. 81 yaşlı yeni Fransa vətəndaşının dediyinə görə, o, anasının doğulduğu Fransa ilə əlaqələrini bu yaxınlarda bərpa edib.

Stenli Conson qeyd edib ki, oğlu, indiki Britaniyanın baş naziri, avtomatik olaraq Fransa vətəndaşlığı almaq hüququna malik olmayacaq. “Avropa İttifaqının ərazisində olmaqdan şadam”-deyən, Stenli Conson xatırladıb ki, o, Avropa Komissiyasının ilk britaniyalı işçilərindən biri olub, sonra isə Avropa Parlamentinin üzvü olub və Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına qarşı çıxıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Fransa  



Xəbər lenti