Lukaşenkodan cavanlara məsləhət: "Az danışın"

 Lukaşenkodan cavanlara məsləhət:  "Az danışın"
  20 May 2022    Oxunub:1762
Belarus prezidenti Aleksandr Lukaşenko mobil telefondan istifadə etmir. Bu barədə Belarus lideri pionerlərlə görüşü zamanı danışıb. O bildirib ki, təhlükəsizlik baxımından mobil telefonlardan kənar gəzir. Lukaşenko uşaqlara telefondan az istifadə etməyi və internetdə çox olmamamağı məsləhət görüb.
Bildirib ki, mobil telefondan ilk növbədə əsas məqsəd - rabitə vasitəsi kimi, internetdən isə lazımi məlumatı əldə etmək üçün istifadə edilməlidir. Prezident mobil rabitəni bəşəriyyətin böyük nailiyyəti hesab etsə də, onun fikrincə, bunun mənfi tərəfləri də var.

"Bəzən telefonu bir kənara qoyub real həyatla məşğul olmaq lazımdır. Ondan öz yaşınızda və xüsusən yalnız lazım olanda istifadə edin. Telefon ilk növbədə ünsiyyət və internet vasitəsidir. Lazım olan məlumatı əldə etmək üçün internetdən istifadə edilməlidir. Bütün günü oradan asılıb qalmaq lazım deyil".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti