Xəzərdə balıq ehtiyatları dəfələrlə azalıb

Xəzərdə balıq ehtiyatları dəfələrlə azalıb
  20 May 2022    Oxunub:1112
Xəzər dənizində bioloji resurslarının azalması ilə bağlı 9 ildən sonra ilk dəfə keçən il ekspedisiyalar keçirmişik.
AzVision.az xəbər verir ki, bunu Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.

“Keçənilki ekspedisiyalarla 10 il öncəki tədqiqatları müqayisə etdikdə bildik ki, Xəzər dənizində balıq ehtiyatları 10 dəfələrlə azalıb. Burada bir neçə səbəb var. Xəzər dənizinin həm üst, həm də orta təbəqəsində suyun temperaturu 4-5 dərəcə artıb. Suda temperaturun bu cür qalxması zooplantları yandırır. Bir tərəfdən də yayda Günəşin şüalanması artır. Bu da qidalanan xırda balıqların populyasiyalarının azalmasına səbəb olub”-deyə, o bildirib.

AzVision.az



Teqlər: Xəzər   Balıq  



Xəbər lenti