Van Dammın gəlinindən ərinə təbrik mesajı: "Səni sevirəm"

   Van Dammın gəlinindən ərinə təbrik mesajı:    "Səni sevirəm"
  20 May 2022    Oxunub:1821
Dünya şöhrətli aktyor Jan-Klod Van Dammın pianoçu gəlini Suada Hacızadə həyat yoldaşı Kristoferlə bağlı sosial şəbəkə hesabında post paylaşıb.
AzVision.az xəbər verir ki, o, həyat yoldaşının doğum günü ilə əlaqədar foto və videosunu yayımlayaraq, Kristoferi təbrik yağışına qərq edib.

“Mənim ən sevimli və cazibədar ərimin indi 35 yaşı var. Həmişə yanında olacağam, balaca oğlun kimi. Həyatımı sənsiz təsəvvür edə bilmirəm. Sən mənim üçün Allahın nemətisən. Mənim tək və tək can yoldaşım. Həmişə xoşbəxt ol. Səni sevirəm!” - deyə, Suada yazıb.

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

AzVision.az



Teqlər:





Xəbər lenti