Rusiya Finlandiyaya qaz nəqlini dayandırdı

   Rusiya Finlandiyaya qaz nəqlini dayandırdı
  21 May 2022    Oxunub:1307
Bu gün səhər saat 7:00-dan etibarən Rusiya qazının Finlandiyaya nəqli dayandırılıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, “Qazprom eksport" mayın 20-də enerji şirkəti olan “Gasum Oy”a bu ölkəyə təbii qazın nəqlinin mayın 21-i səhər saatlarında dayandırılacağı barədə məlumat veribmiş.

Finlandiyanın Məşğulluq və İqtisadiyyat Nazirliyinin məlumatına görə buna səbəb Helsinkinin qazın pulunu rublla ödəməyə razı olmamasıdır. Uzunmüddətli müqaviləyə əsasən, ödəniş valyutası avro göstərilib. Nazirliyin məlumatına görə, "Gasum Oy" arbitraja müraciət etmək qərarına gəlib. Çünki Rusiya tərəfi özün yeni rubl tələbi ilə müqavilənin şərtlərini pozub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Finlandiya   Qaz  





Xəbər lenti