Həkimlərdən Nuriyyə Əhmədovaya - QADAĞA

Həkimlərdən Nuriyyə Əhmədovaya - QADAĞA
  19 Aprel 2014    Oxunub:1423
“Anam hələ yeriyə bilmir. Həkimlər buna icazə vermir”.
AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında xalq artisti Nuriyyə Əhmədovanın oğlu Faiq İbadzadə bildirib. F. İbadzadə deyib ki, N. Əhmədova hələ bir müddət də xəstəxana şəraitində müalicə olunmalıdır: “Anamın səhhəti nisbətən yaxşılaşıb. Amma həkimlər ayağa durmağa və yeriməyə icazə vermirlər”. “Xalq artistinin müalicəsi üçün yardım edilibmi?” sualına isə F. İbadzadənin cavabı belə olub: “Xeyir, heç bir kömək olmayıb. Bütün müalicə prosesi öz imkanlarımız hesabına həyata keçirilir”.

Qeyd edək ki, N.Əhmədova “Əhmədli” metrostansiyasının yaxınlığında 11 nömrəli avtobusda yıxılıb. O, 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.


Teqlər:  





Xəbər lenti