Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcək

   Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcək
  21 May 2022    Oxunub:1680
"Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyəti birmənalı olaraq məhsuldardır. Alt qrup mütəxəssisləri əla iş görüblər".
AzVision.az xəbər verir ki, bunu RİA "Novosti"yə müsahibəsində Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, Üçtərəfli İşçi Qrupunun növbəti iclasının tarixi yaxın vaxtlarda razılaşdırılacaq. O, əlavə edib ki, tərəflər bir sıra məsələlərdə konsensusa gələ biliblər. Lakin fikir ayrılıqları da var.

Ermənistan daxilində baş verən hadisələrə münasibət bildirən M. Qriqoryan bildirib ki, müxalifətin etirazları fonunda yeni seçkilərin keçirilməsi üçün səbəb yoxdur. Belə ki, 2021-ci ildə keçirilən parlament seçkiləri Ermənistanda etiraz hərəkatı iştirakçılarının səsləndirdiyi bütün suallara cavab verib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti