"270 hərbçi öldürülüb, bir Su-25 vurulub"

  "270 hərbçi öldürülüb, bir Su-25 vurulub"
  21 May 2022    Oxunub:1220
Rusiya Ukraynada aparılan hərbi əməliyyatlar barədə yeni məlumat yayıb. AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov rus qırıcılarının Donetskin Belitskoye kəndi yaxınlığında Ukraynaya məxsus Su-25-i vurduğunu açıqlayıb.
- Qırıcı təyyarələrimiz Su-25-i "Donetsk Xalq Respublikası"nın Belitskoye kəndi yaxınlığında hava döyüşü zamanı vurub, - general brifinqdə deyib.

General bildirib ki, Rusiya taktiki və ordu aviasiyası daha 4 komanda məntəqəsini, Ukrayna hərbçilərinin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 47 ərazini də vurub. Həmçinin Drobışevo ərazisində sursat anbarı məhv edilib.

- Ümumilikdə aviazərbələr nəticəsində 270-dən çox ukraynalı hərbçi öldürülüb, 52 hərbi texnika sıradan çıxıb, - Konaşenkov qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti