Artileriyadan dəqiq zərbə: Onlarla rus texnikası külə döndü - VİDEO
21 May 2022
Oxunub:1492
Ukrayna Silahlı Qüvvələri növbəti dəfə uğurlu əməliyyat reallaşdırıb. Xarici KİV yazır ki, hərbçilər əvvəlcədən müəyyən edilmiş hədəfləri düzgün hesablamaqla artileriyadan atəş açaraq onlarla rus hərbi maşınını məhv ediblər.
"Ukrayna rəsmiləri mayın 20-də bəyan ediblər ki, hərbçilər Xarkov vilayətində xeyli sayda Rusiya hərbi maşınını məhv edib. Bu gün isə məlum kadrlar yayılıb. Videoda İzyumda partlayış və yanğınların baş verməsi dəqiq zərbələrin endirilməsi aşkar görünür. Hücum nəticəsində 12 tankın, 8 zirehli texnikanın və 36-ya yaxın avtomobilin, eləcə də mühəndis texnikasının məhv edildiyi bildirilir", - xarici KİV yazıb.