Qazaxıstanın Şımkənt şəhərində partlayış baş verib

Qazaxıstanın Şımkənt şəhərində partlayış baş verib
  21 May 2022    Oxunub:1277
Qazaxıstanın Şımkənt şəhərində perinatal mərkəzinin yaxınlığındakı aptekdə partlayış baş verib, nəticədə 3 nəfər ölüb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə zamanı perinatal mərkəzdə 189 xəstə və 65 işçi olub. Onların hamısı Şımkəntin digər tibb müəssisələrinə köçürülüb.

Partlayış faktı ilə bağlı polis Qazaxıstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ibtidai istintaqa başlayıb.

Bundan əvvəl iki nəfərin öldüyü bildirilib.

AzVision.az



Teqlər: Qazaxıstan   Şimkənd   Partlayış  





Xəbər lenti