Avstraliyanın General-Qubernatoru İlham Əliyevə təbrik göndərib

      Avstraliyanın General-Qubernatoru İlham Əliyevə təbrik göndərib
  21 May 2022    Oxunub:958
Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi arzularımızı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək.

Dərin hörmətlə,

Devid Con Hörli

Avstraliya İttifaqının General-Qubernatoru.

AzVision.az



Teqlər: Avstraliya   Azərbaycan  





Xəbər lenti