Alla Puqaçova Rusiyaya qayıdacaqmı?

  Alla Puqaçova  Rusiyaya qayıdacaqmı?
  21 May 2022    Oxunub:395
AzVision.az xəbər verir ki, hazırda Təl-Əvivdə olan müğənni ölkəsinə qayıtmaqla bağlı suala cavab verib.
O bildirib ki, payıza qədər geri qayıtmağı düşünür: “Tətil nə vaxtsa bitəcək, 1 sentyabrda uşaqlar məktəbə getməlidir”.

A.Puqaçova martın əvvəlində ölkədən gedib. Onun “yay tətilinə” həddən artıq tez çıxması və “uşaqların dərsini nəzərə almaması” maraqlıdır.

Xatırladaq ki, A.Puqaçova və M.Qalkinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq ölkədən getdiyi deyilir.

AzVision.az

Teqlər: Alla-Puqaçova   Rusiya  







Xəbər lenti