Tələbələri aparan avtobus qəza etdi - Ölən var

   Tələbələri aparan avtobus qəza etdi -    Ölən var
  22 May 2022    Oxunub:1315
Türkiyədə ağır yol qəzası baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.

Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Qəza zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib. Yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Qəzanın başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti