SOCAR-dan tüstülənmə ilə bağlı xəbərdarlıq

  SOCAR-dan tüstülənmə ilə bağlı    xəbərdarlıq
  22 May 2022    Oxunub:383
Ölkəmizin daha yüksək keyfiyyətli yanacaqla təmin olunması məqsədilə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.
Qurumdan AzVision.az -a verilən məlumata görə, layihə çərçivəsində razılaşdırılmış plana əsasən, NEZ-də həyəta keçirilən istismar dayanıqlılığı və mükəmməlliyi proqramının tərkib hissəsi olaraq 2022-ci il 4 aprel tarixindən etibarən zavodda 50 gün müddətinə əsaslı planlı təmir işlərinə başlanılıb.

Məlumat üçün bildirilib ki, hazırda əsaslı təmir işlərinin yekun mərhələsi icra edilir və plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.

NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə göndərilməsi və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmənin olması gözlənilir.

Tütsülənmə qurğuları tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər.

AzVision.az

Teqlər:







Xəbər lenti