Rusiya İzyuma yenidən hücuma keçməyə hazırlaşır

   Rusiya İzyuma yenidən hücuma keçməyə hazırlaşır
  22 May 2022    Oxunub:342
İzyum bölgəsində rus ordusu yenidən hücuma keçməyə hazırlaşır və atəş açmağa davam edir. Bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
"Bölgədə döyüşlər davam edir. Xarkov istiqamətində düşmən əvvəlki günlərdə olduğu kimi, işğal altındakı məntəqələri saxlamağa və Ukrayna Silahlı Qüvvələrinin daha da irəliləməsinin qarşısını almağa yönəlib”, - deyə o bildirib.

Sinequbovun sözlərinə görə, İzyum rayonunda rus ordusu hücumu bərpa etməyə hazırlaşır və Vernopolye, Dubravnoye və Dolqenkoye yaşayış məntəqələrinin ərazilərini atəşə tutur.

"Ancaq Ukrayna Silahlı Qüvvələri öz mövqelərini saxlayır və düşmənin irəliləməsinə imkan vermir", - O. Sinequbov vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti