Paşinyanın Şarl Mişellə görüşüb - YENİLƏNİB

  Paşinyanın Şarl Mişellə görüşüb -  YENİLƏNİB
  22 May 2022    Oxunub:1212
Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan və Mişel 2021-ci il dekabrın 14-də və 2022-ci il aprelin 6-da əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar hazırkı danışıqların səmərəli olacağına, sabitliyə və problemlərin hərtərəfli həllinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Tərəflər həmçinin Ermənistan-Aİ ikitərəfli gündəliyinə, xüsusilə də Avropa İttifaqının ayırdığı 2,6 milyard avroluq investisiya paketinin icrasına toxunublar.

***
20:00
Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb.

AzVision.az xəbər verir ki, Şarl Mişel Nikol Paşinyanı qarşılayıb. Daha sonra onlar birgə foto çəkdiriblər.

Qeyd edək ki, artıq Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti