Estoniya parlamentinin spikeri Bakıda- FOTO

  Estoniya parlamentinin spikeri Bakıda-  FOTO
  22 May 2022    Oxunub:774
Mayın 22-də Estoniya Respublikası parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
AzVision.azxəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yuri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.



***
20:17
Estoniya parlamentinin sədri Yuri Ratas Azərbaycana səfər edəcək.

AzVision.az xəbər verir ki, bu barədə Yuri Ratas özünün "Facebook" səhifəsində bildirib.

O, Azərbaycan Prezidenti, Baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçirəcəyini qeyd edib.

AzVision.az

Teqlər:







Xəbər lenti