Nazirlik yararsız döyüş sursatları ilə bağlı məlumat yaydı

 Nazirlik yararsız döyüş sursatları ilə bağlı məlumat yaydı
  22 May 2022    Oxunub:1233
Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək.
Bu barədə AzVision.az - a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti