ABŞ Moldovaya silahlar verməyə hazırdır

ABŞ Moldovaya silahlar verməyə hazırdır
  23 May 2022    Oxunub:308
“ABŞ, konstitusiyasında neytrallığı nəzərdə tutan Moldovanı ölkə rəhbərliyi istəsə, silahla təmin etməyə hazırdır”.
AzVision.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks prezident Maia Sandu ilə danışıqların yekunu üzrə Kişinyovda keçirdiyi brifinqdə deyib. “Bizim Moldova hökuməti ilə belə danışıqlarımız var, lakin yardım Moldova tərəfinin tələblərindən artıq olmamalıdır. Düşünürəm ki, nə baş verəcəyi ilə bağlı razılaşıb-razılaşmadığımızı başa düşməliyik. Mən Moldova rəhbərliyinin bizdən tələb etdiyindən kənara çıxmaq istəmirəm”, - amerikalı konqresmen bildirib.

Qeyd edək ki, Miks Kişinyova səfəri zamanı Moldova prezidenti Maia Sandu və digər rəsmi şəxslərlə görüşüb, həmçinin ukraynalı qaçqınlar üçün nəzərdə tutulmuş mərkəzə baş çəkib.

Yeri gəlmişkən, bir gün əvvəl Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyadan qorunmaq üçün Moldovanın NATO standartlarına uyğun silahlanmalı olduğunu bildirib.

AzVision.az

Teqlər: ABŞ   Moldova  







Xəbər lenti