Ermənistan müxalifəti avtomobillərlə aksiya keçirir - CANLI

   Ermənistan müxalifəti avtomobillərlə aksiya keçirir -    CANLI
  23 May 2022    Oxunub:1537
Ermənistan müxalifətinin “Müqavimət” hərəkatı səhər saatlarından vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.
Müxalifət İrəvanda metronun fəaliyyətini iflic etdi - VİDEO
AzVision.az xəbər verir ki, aksiya əvvəlcədən planlaşdırıldığı kimi, paytaxta aparan əsas yollarda - Aştarak, Arqavand, Artaşat şosesi və Sevan-İrəvan magistral yolunda avtomobil yürüşləri ilə başlayıb. Hazırda avtomobillər şəhərin mərkəzinə doğru hərəkət edir.

Qeyd edək ki, müxalifət mayın 2-dən etibarən İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Etirazçılar yolları bağlayır, yürüşlər təşkil edərək hökumət əleyhinə radikal şüarlar səsləndirirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  





Xəbər lenti