Polşa Rusiya ilə qaz tədarükü barədə sazişi pozdu

   Polşa Rusiya ilə qaz tədarükü barədə sazişi pozdu
  23 May 2022    Oxunub:1461
Polşa hökuməti 1993-cü ildə Rusiya Federasiyası ilə ölkəyə qaz tədarükünə dair imzalanmış hökumətlərarası sazişi pozmaq barədə qərar qəbul edib. AzVision.az xəbər verir ki, bunu Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Piotr Naimski bildirib.
Onun sözlərinə görə, qərar mayın 13-də qəbul edilib: “30 ildən sonra Polşa ilə Rusiya arasında qaz sənayesində münasibətlərin dayandığını söyləmək olar”. “Yamal-Avropa” qaz kəmərinin Polşa hissəsinin gələcəyi ilə bağlı sualı cavablandıran Polşa hökumətinin nümayəndəsi qeyd edib ki, bu hissə “Qazprom” və Polşanın “PGNiG” şirkətləri arasında birgə müəssisə olan “EuRoPol GAZ”a məxsusdur və Polşa qaz kəmərləri şəbəkəsinin operatoru “Gas-System” tərəfindən idarə olunur.

Rusiya qazının Polşa ərazisindən tranziti üçün qaz kəməri sisteminin yaradılması və Rusiya qazının ölkəyə tədarükü haqqında 25 avqust 1993-cü il tarixli saziş iki ölkə tərəfindən sonuncu dəfə 2010-cu ildə yenilənib.

Həmin vaxt Varşavada düzəlişlər haqqında saziş, həmçinin 2003-cü il fevralın 12-də imzalanmış sazişə əlavə protokola dəyişikliklər edilməsi haqqında protokol imzalanıb. Sənədlər Rusiya qazının Polşaya tədarük həcminin 9,7 milyard kubmetrdən başlayaraq tədricən artırılmasını nəzərdə tuturdu.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Polşa   Rusiya  





Xəbər lenti