"TEKNOFEST Azərbaycan"a son hazırlıq - FOTOLAR

   "TEKNOFEST Azərbaycan"a son hazırlıq -    FOTOLAR
  23 May 2022    Oxunub:1539
26-29 may tarixlərində Bakıda baş tutacaq "Texnofest 2022" festivalına hazırlıqla bağlı bu gün mediaur təşkil edilib.
AzVision.az xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər ərazi ilə tanış olub. Media nümayəndələrinə əsas səhnə, aidiyyəti üzrə qurumların sərgi keçirilməsi üçün xüsusi çadrlar göstərilib. Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumların texnikaları nümayiş olunub.



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov jurnalistlərə açıqıamasında bildirib ki, dünyanın ən böyük texnologiya festivalı Türkiyə hüdudlarından kənarda ilk dəfə Azərbaycanda keçiriləcək. Bir neçə gün sonra start götürəcək festivalda həm azərbaycanlılar, həm də qonaqlar iştirak edəcək:

"Festival çərçivəsində müxtəlif texnologiya festivalları keçiriləcək və onların qalibləri müəyyən olunacaq. Azərbaycanın və Türkiyənin Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcək, eləcə də pilotlar avişoular göstərəcək.

Su üzərində unikal, məşhur uçan adam şousu, "Flyboard" şousu məhz ilk dəfə bu festival çərçivəsində nümayiş ediləcək"

Müşavir qeyd edib ki, istər azərbaycanlı, istərsə də türkiyəli gənclərin texnologiya sahəsində inkişafı üçün bu festival böyük əhəmiyyət kəsb edir.









Aytən Zəhra
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti