"3 Su-25 və 1 "Bayraktar" vurmuşuq" - Rusiyalı general

   "3 Su-25 və 1 "Bayraktar" vurmuşuq" -    Rusiyalı general
  23 May 2022    Oxunub:1161
Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın üç Su-25 hücum təyyarəsini, 13 Pilotsuz Uçuş Aparatını(PUA), o cümlədən, bir "Bayraktar", iki Toçka-U raketi və səkkiz "Smerç" raketini vurub. AzVision.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.
Qeyd edilir qırıcılardan ikisi Xerson vilayətinin Kiselevka kəndi ərazisində, biri isə Xarkov vilayətinin Pavloqrad vilayətində vurulub. "Toçka -U" ballistik raketi isə Xerson vilayətinin Tomina Balka kəndi üzərində sıradan çıxarılıb.

- Raket qoşunları və artilleriya 73 komanda məntəqəsini, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 578 ərazini, həmçinin atəş mövqelərindəki 37 artilleriya və minaatan bölməsini vurub. 13 tank və piyadaların döyüş maşını, 5 "Qrad" qurğusu, çoxlu reaktiv yaylım atəşi sistemi, həmçinin üç sursat anbarı da məhv edilib, - general deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti