İranda 10 mərtəbəli bina çökdü, ölənlər var - YENİLƏNİB

   İranda 10 mərtəbəli bina çökdü,   ölənlər var - YENİLƏNİB
  23 May 2022    Oxunub:976
İranda 10 mərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında azı 80 nəfər qala bilər.
AzVision.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətindən məlumat verilib. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı qeyd edilir.

****
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli bina çöküb.

AzVision.az -ın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə yerinə 5 təcili yardım avtomobili və bir avtobus göndərilib.

O əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti