"Qlobal aclıq təhlükəsini biz yox, sanksiyalar yaradır" - Peskov

   "Qlobal aclıq təhlükəsini biz yox, sanksiyalar yaradır" -    Peskov
  23 May 2022    Oxunub:388
Rusiya qlobal aclıq təhlükəsinin mənbəyi sayılmır. Hər şeyin günahkarı sanksiyalardır. AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
- Rusiya da, Ukrayna da həmişə kifayət qədər etibarlı taxıl ixracatçısı olublar. Rusiya tərəfi Ukraynanın dəmir yolu ilə Polşaya taxıl ixracına qətiyyən mane olmur. Oradan silahlı qatarlar gedir, onların ixracına heç kim mane olmur. Eyni qatarlarda taxıl geri qayıdır. Dəniz nəqliyyatı ilə bağlı məsələlərə gəldikdə isə biz bu problemin mənbəyi deyilik, alternativ yollar bizim tərəfimizdədir. Amma yenə də dünyada aclıq təhlükəsinə səbəb olan problemlərin mənbəyi biz sayılmırıq. Bu problemin mənbələri sanksiyaları tətbiq edənlər və qüvvədə olan sanksiyaların özüdür, - Peskov jurnalistlərə deyib.

Qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmi nümayəndəsi Tomson Pearin bəyan edib ki, Ukraynadakı vəziyyət ərzaq qiymətlərinin kəskin şəkildə artmasına və dünyada aclığa səbəb ola bilər. O qeyd edib ki, Qara dəniz hövzəsi taxıl və kənd təsərrüfatı məhsullarının istehsalı üçün mühüm regionlardan biri sayılır.

Tural Tağıyev
AzVision.az

Teqlər: Sanksiya   Rusiya  







Xəbər lenti