Həcc ziyarətinin vaxtı məlum oldu

   Həcc ziyarətinin vaxtı məlum oldu
  23 May 2022    Oxunub:673
Azərbaycandan Səudiyyə Ərəbistana təşkil olunacaq Həcc ziyarətinin vaxtı məlum olub.
Bu barədə AzVision.az -a Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. O bildirib ki, Həcc ziyarətinin iyunun 24-dən başlaması nəzərdə tutulur:

“Bura hazırlıq işləri də daxildir və zəvvarların səfəri iyul ayının 15-16 tarixlərinə qədər davam edəcək”.

Qeyd edək ki, bu il Həcc ziyarəti ilə bağlı bəzi dəyişiklər olub. COVID pandemiyası ilə əlaqədar 65 yaşdan yuxar şəxslər səfər edə bilməcəyək. 65 yaşa qədər olan zəvvarlar isə mütləq şəkildə iki doza peyvənd olunmalıdırlar.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti