"İqtisadiyyatımız sanksiya zərbələrinə ləyaqətlə dözür" - Putin

   "İqtisadiyyatımız sanksiya zərbələrinə ləyaqətlə dözür" -    Putin
  23 May 2022    Oxunub:1005
Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündə iqtisadiyyatın sanksiyalar qarşısında duruş gətirməsini tərif edib.
- Bütün çətinliklərə baxmayaraq, Rusiya iqtisadiyyatı sanksiyaların zərbəsinə tab gətirir, kifayət qədər ləyaqətlə dözür. Bütün əsas makroiqtisadi göstəricilər bundan xəbər verir, - Putin deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət hökumətin iqtisadi blokundan xüsusi diqqət tələb edir və “ümumiyyətlə, bu səylər müsbət nəticə verir”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti