Əli Əsədov Estoniya parlamentinin sədri ilə görüşüb

Əli Əsədov Estoniya parlamentinin sədri ilə görüşüb
  23 May 2022    Oxunub:641
Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
Nazirlər Kabinetindən AzVision.az -a verilən xəbərə görə, görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

AzVision.az


Teqlər:





Xəbər lenti