Bakıya verilişə gələndə itkin düşən yaşlı qadın tapıldı - FOTO
23 May 2022
Oxunub:340
Tovuzdan Bakıya verilişə gələndə itkin düşən yaşlı qadın tapılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov AzVision.az -a bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində Tovuz rayonu Hunanlar kənd sakini Firuzə Yusifovanın yeri Bakı şəhərində müəyyən edilib. O, gün ərzində ailəsinə təhvil veriləcək.