Ərdoğandan İsveçə çağırış: Terrorçulara dəstəyi dayandırın

   Ərdoğandan İsveçə çağırış:    Terrorçulara dəstəyi dayandırın
  23 May 2022    Oxunub:936
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin baş naziri Maqdalena Andersson arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb. Söhbət zamanı prezident Ərdoğan qeyd edib ki, Türkiyə hələ də NATO-nun açıq qapı siyasətini dəstəkləyir və həm təşkilata üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından alyans daxilində həmrəyliyi özünün əsas dəyəri hesab edir.

Türkiyədə PKK-nin daha 26 üzvü saxlanılıb
“Prezident İsveçin terror təşkilatlarına siyasi, maliyyə dəstəyi və silah tədarükünün dayandırılmasının vacibliyini elan etdi”-deyə, xəbərdə deyilir. Ankaradakı terror təşkilatlarına PKK və onun Suriya qolu PYD, Türkiyədə 2016-ci ildə dövlət çevrilişi hazırlayan “Fətullahçı Terror Təşkilatı” (FETÖ) daxildir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: PKK   İsveç   Türkiyə    





Xəbər lenti