Ermənistanla sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq

   Ermənistanla sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq
  23 May 2022    Oxunub:1105
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq. AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub.
Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: Sərhəd   Azərbaycan  





Xəbər lenti